Məmur borcunu işçilərə ödətdirir – Gəncədə

10-01-2015, 10:03   
Məmur borcunu işçilərə ödətdirir – Gəncədə

Azərbaycanda telekommunikasiya işçiləri nazirin müvafiq qərarı ilə aylıq telefon pulu ödəməkdən azaddırlar və internet pulunu güzəştli tariflərlə ödəyir. Lakin bu qərar Gəncədə keçərli deyil.

Axar.az-a daxil olan məlumatda iddia olunur ki, Gəncə şəhər Telekommunikasiya İdarəsinin rəisi Əbülfəz Orucov qanuna məhəl qoymayaraq işçilərdən pul yığmaqda davam edir.

Şikayətçilər idarə rəisinin külli miqdarda vergi borcu olduğunu əsas gətirərək, rabitə işçilərinin telefon pulunu ödəmələrini tələb etdiyini də vurğulayıblar. Narazılıq etmək istəyən işçilər isə işdən qovulmaqla hədələnir.

İdarə rəisinin gecə növbəsində çalışan işçilərə ödənən əlavə pulu da kəsdiyi bildirilir.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Müşfiq Əmirov bundan xəbərsiz olduğunu, məsələni araşdırdıqan sonra məlumat verəcəyini vurğuladı.

Onu da qeyd edək ki, Ə.Orucov yetərincə məbuata tanış simadır. Onun barəsində bir müddət öncə də neqativ xəbərlər yayılıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.