Makkeyn: “Krımıdan rədd olun”

10-01-2015, 10:43   
Makkeyn: “Krımıdan rədd olun”
“ABŞ-ın özünü müdafiə etməsi üçün Ukraynaya silah verməməsi böyük rəzalətdir”.


Bu açıqlama ilə ABŞ senatoru Con Makkeyn çıxış edib. O, Ukraynaya silah verilməsi üçün ABŞ rəhbərliyinə təzyiq göstərəcəyini bildirib:
“Rusiya hücum etdiyi zaman ABŞ Ukraynaya yardım etmədi. Nəticədə Şərqi Avropanın, o cümlədən bütün dünyanın bizə olan etibarını itirdik. Ukraynalılar indi məhv edilir. 4 mindən çox adam öldü. ABŞ-ın özünü müdafiə etməsi üçün Ukraynaya silah verməməsi böyük rəzalətdir. Rusiyanın hücumuna məruz qalan Ukraynaya hər cür yardım edilməsi üçün ABŞ rəhbərliyinə təzyiq göstərəcəm. Çünki bu məsələ Baltik ölkələri və Moldovanın gələcəyi üçün də əhəmiyyətlidir. Rusiya Krımı geri qaytarmalı və Ukraynanın şərqindən rədd olmalıdır”.

axar.az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.