280 manatlıq əlil arabası üçün dövlət büdcəsindən 1000 dollar xərclənir
Bu il hökumət 1323 ədəd əlil arabası satın alacaq. Ötən illə müqayisədə bu məqsədlə ayrılan vəsait üç dəfə artırılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ötən ilin dekabrında "İnstal-Servis” şirkəti ilə 996 769,60 manat məbləğində müqavilə imzalayıb”,- deyə Satınalmalar üzrə Dövlət Agentliyi bildirir. Bir kreslonun orta qiyməti 753,4 manatdır. Moskvada bir mexaniki kreslo 70-150 manata təklif edilir. Böyük Britaniyada da qiymətlər eynidir. Bu müəmmalı tenderlə bağlı cumhuriyyet.az olaraq apardığımız araşdırmalar maraqlı məqamlıarı üzə çıxarıb.
hüquqi ünvanı Maştağa qəsəbəsindəki bağ evlərindən biri göstərilən və heç bir yerdə tanınmayan bu şirkət birdən birə Cəlilabad, Bərdə, Kürdəmir, Tərtər və başqa rayonlarda çoxmilyonlu lahiyyələrin qalibi olub və adı çəkilən rayonlardakı abadlıq təmir tikinti işlərini həyata keçirib. Təxminən il ərzində 10 milyon manatdan çox iş götürən bu şirkətin hansısa yüksək ranqlı bir məmura aid olduğu bildirilir. Şirkətin fəaliyyət göstərdiyi rayonlardan birinin icra hakimiyyəti aparatında çalışan məmurlardan biri cumhuriyyet.az-a bildirib ki, icra həmin rayonun icra başçısı çox çalışıb ki, rayon mərkəzinin təmirini abadlaşdırılmasını özünə yaxın bir şirkətə versin. Ancaq hansısa bir məmurun təzyiqi ilə üzləşdi və tenderi «İnstal-Servis» MMC yə verdi. Adı çəkilən şirkətin gördüyü işlərlə bağlı apardığımız araşdırmada məlum oldu ki, məlum qısa müddət öncə fəaliyyətə başlayan «İnstal-Servis» MMC hər sahədə iş götürüb.Yəni yollara asvalt qoyub, rayon mərkəzlərinin işıqlandırılması, yaşıllaşdırılmasını və eyni zamanda yeni binalar da tikib. Bu istiqamətdə cumhuriyyet.az olaraq apardığımız araşdırmalar zamanı daha bir maraqlı faktla rastlaşdıq."İnstal-Servis" şirkətinin rəsmi saytında yer alan məlumatlardan məlum olur ki, bu Rusiya şirkətidir və rəqəmliteleviziya, videomüşahidə və digər sferalarda ixtisaslaşıb. Saytda şirkətin Cəlilabad, Bərdə, Tərtər və digər rayonlarda gördüyü işlər barədə bircə kəlmə də yoxdur. Saytda həmçinin şirkət ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ( ƏƏSMN ) arasında hansısa müqavilə barədə də informasiya yoxdur. Onu da bildirək ki, S.Müslümova qədər nazirlik əlil arabalarını "Ottobok”dan alırmış. Ümumiyyətlə, son illər Azərbaycan iqtisadi çətinliyi olan ölkələrə yardım edir. Məsələn, yaxınlarda əlillərimiz müalicə üçün iqtisadi böhran yaşayan Yunanıstana göndərildi. Və bu müalicə dövlətimizə böyük məbləğə başa gəldi. Yəqin ki, bu dəfə də nazirlik Rusiya Federasiyasına kömək etmək qərarına gəlib.
Amma bütün hallarda bir sual açıq qalır bir əlil arabasına görə, nə üçün 753, 4 manat ödəmək lazımdır? Hansıkı bu arabaları 280 manata almaq mümkündür.