ABŞ-dan İlham Əliyevə ciddi çağırış

10-01-2015, 11:02   
ABŞ-dan İlham Əliyevə ciddi çağırış
"Azadlıq" radiosuna hücumu pislə, onun fəaliyyətinə imkan yarat və bütün siyasi məhbusları azad et"

Senator Menendes: "Repressiyalar ABŞ-la münasibətlərə mane olacaq"

ABŞ Senatının xarici məsələlər komitəsinin üzvü, senator Robert Menendes Azərbaycan prezidenti İlham Əliyevə məktub göndərib.

Məktubda senator Azərbaycan hökumətinin vətəndaş cəmiyyəti ilə mübarizəsinin tərkib hissəsi olan KİV-də senzuranı pisləyir.



Menendes qeyd edir ki, Azərbaycanda kütləvi informasiya vasitələrinə, vətəndaş cəmiyyətinə və bütün qeyri-zorakı siyasi fərqli fikirliliyə qarşı repressiyalar ABŞ-la Azərbaycan arasında ikitərəfli münasibətlərə mane olacaq.

Senator İlham Əliyevi 2014-cü ilin dekabrın 26-da prokurorluq tərəfindən Azadlıq Radiosunun bürosunun dağıdılmasını pisləməyə və radionun əməkdaşlarına jurnalist fəaliyyətini bərpa etməyə imkan yaratmağa, eləcə də jurnalist Xədicə İsmayılı, hüquq müdafiəçisi Leyla Yunusu və digər siyasi məhbusları azad etməyə çağırıb.

azadliq.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.