Rusiya və Avropa nəhəngləri arasında Ukrayna böhranına görə yaranan gərginlik irimiqyaslı konfliktə, hətta nüvə müharibəsinə gətirib çıxara bilər.
Axar.az xəbər verir ki, bunu SSRİ-nin keçmiş prezidenti Mixail Qorbaçov “Der Spigel” qəzetinə verdiyi müsahibəsində deyib.
Qorbaçov bildirib ki, hazırki vəziyyət nüvə müharibəsinə səbəb olacaq:
“Əgər kimsə bu qızışdırılmış vəziyyəti aradan qaldırsa, biz yaxın illərdə bunu yaşamayacağıq. Mən bunu söz olaraq demirəm. Çox narahatam”.