Rəsul Quliyev Sərdar Cəlaloğlu ilə Qurban Məmmədovu necə düşmən edib?

10-01-2015, 11:59   
Rəsul Quliyev Sərdar Cəlaloğlu ilə Qurban Məmmədovu necə düşmən edib?

Sərdar Cəlaloğlu qardaşı, hüquqşünas Qurban Məmmədov əfv sərəncamı ilə həbsdən çıxandan sonra onunla görüşməyib. İctimaiyyətin kifayət qədər tanıdığı bu iki qardaşın arasındakı münasibətlərin normal olmaması zaman-zaman diqqət çəkib. Azərbaycan Demokratik Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu açıqlamasında qardaşı ilə münasibətlərinin olmamasına baxmayaraq, daima onunla və ailəsi ilə maraqlandığını bildirib: "Həbsdən çıxandan sonra mən getməmişəm. Lakin mənim ailəm, övladlarım onlara baş çəkib. Səhhətində problem yoxdur, hər şey qaydasındadır”.
ADP sədri qardaşı ilə münasibətlərini soyuqluğunun səbəbləri haqda çox danışmaq istəməyib. Lakin qısa olaraq bunun siyasi mövqeləri ilə bağlı olduğunu deyib. "Bizim siyasi baxışlarımız üst-üstə düşmür. Bu baxımdan, şəxsi münasibətlərimizdə də müəyyən soyuqluq yaranıb”, - deyə o bildirib.
Lakin siyasi baxışlara görə iki qardaşın illərdir bir-biri ilə danışmaması əsas səbəb ola bilməz. S. Cəlaloğlu daha bir detalı açıqlamağa razı olub. Onun sözlərinə görə, qardaşı Qurban Məmmədovla münasibətlərinin soyumasının ilk təməlini Rəsul Quliyev qoyub. "Vaxtilə "Hürriyyət” qəzeti ölkənin bir nömrəli qəzeti idi. 35 min tirajla çıxırdı. Bu da kifayət qədər gəlir gətirirdi. Onda Rəsul Quliyev məndən kitabının qəzetdə çap olunmasını istədi. Mən ona kitabını çap edəcəyimiz təqdirdə hökumətin narazılığı ilə üzləşəcəyimizi, beləliklə, qəzetimizi itirə biləcəyimiz dedim. Onda qəzetin satışından ayda 10 min dolar gəlir gəlirdi. Amma Rəsul Quliyev dedi ki, əgər elə olsa, qəzetin bütün vəsaitini, itirdiklərini özü ödəyəcək. Kitabı çap etdik. 2 aydan sonra qəzetin tirajı 4-5 minə düşdü. Rəsul Quliyevə zəng edib dedim ki, vəziyyət belədir, kömək lazımdır. O isə pulunun olmadığını dedi. Onda "Hürriyyət”in sahibi Qurban Məmmədov idi. Qurbanla mənim aramda yaranmış ziddiyyətin bir səbəbi bu idi. Qurbanla Rəsulun düşmənçiliyi də bu məsələdən sonra yarandı. 100 min dollar ziyana düşdük. Rəsul Qurbanı da, məni də aldatdı”, - deyə S. Cəlaloğlu bildirib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.