Kamikadze məscidə hücum etdi (VİDEO)

10-01-2015, 12:41   
Kamikadze məscidə hücum etdi (VİDEO)

Pakistanın Ravalpindi şəhərində kamikadze məscidə hücum edib.

ANS TV-nin məlumatına görə, naməlum silahlı şəxsin məscidin çölündə özünü partlatması nəticəsində 5 nəfər ölüb, 16 nəfər yaralanıb. Yaralılardan bir neçəsinin vəziyyəti ağır kimi qiymətləndirilir. Ölənlər arasında 1 polis əməkdaşı da var. Partlayış zamanı məsciddə azı 200 nəfər olub.

Faktla bağlı istintaq araşdırması başladılıb. Hücuma görə, heç kim məsuliyyəti öz üzərinə götürməyib. Pakistanda sonuncu dəfə Peşəvər şəhərində hərbi mətkəbə edilən hücum zamanı 15 nəfər öldürülmüşdü. Hücuma görə, Taliban silahlıları ittiham olunurla
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.