Bakıda itə görə boğazı kəsilən gəncin YENİ FOTOLARI
10-01-2015, 14:15
Bakıda başı kəsilən gəncin fotoları yayıldı Dekabrın 6-da, Bakıda "Sahil bağı" adlanan ərazidə boğazından bıçaqlanaraq öldürülən 1989-cu il təvəllüdlü Həsən Namiq oğlu Həsənovun fotoları yayılıb.
Elçin Çobanov tərəfindən bıçaqlanan Həsən Həsənov hadisə yerində ölmüş, onun dostu Orxan Məmmədzadə isə yaralanmışdı.
Elçin Çobanov sonradan yaxalanmış və qətli Həsənin iti onun həyat yoldaşının üzərinə kısqırtdığına görə törətdiyini bildirmişdi.
Milli.Az qətlə yetirilən Həsən Həsənovun bir neçə fotolarını əldə edib. Bu fotolarda onun itləri ilə şəhərdə görüntüləri və qətlə yetirildikdən sonrakı halı əks olunub.