Fransa polisi dinc sakinləri girov götürən və bir qadın polis əməkdaşı qətlə yetirən 32 yaşlı Amedi Kulibalinin qadın ortağını axtarır. Musavat.com-un xarici qaynağa istinadən verdiyi xəbərə görə, 26 yaşlı Hayat Bumedden terrorçuya yardım etməkdə suçlanır.
Polisin məlumatında onun silahlı və təhlükəli olduğu bildirilir. Hüquq-mühafizə orqanlarındakı mənbə xəbər verib ki, Hayat Bumeddenin adı mağazaya hücum zamanı nə həlak olanların, nə də yaralananların siyahısında keçmir.
Xatırladaq ki, Kulibali yanvarın 9-da Parisin şərqindəki bir mağazada 20 nəfəri girov götürmüşdü. Mağazaya hücum zamanı o öldürülsə də, buna qədər 4 girovu qətlə yetirməyə macal tapmışdı.
Musavat.com