Arxası «VAZ», qabağı «FORD» olan şəxsi maşınla yük maşınlarına qənim kəsiliblər
Yenilik.Az AzadXeber.az-a istinadən bildirir ki, Gəncənin girişindəki “Zazalı” postunun DYP əməkdaslarının gözü qarşısında Nəqliyyat Nazirliyi Gəncə Regional Dövlət Avtomobil Nəqliyyatı Xitmətinin əməkdaşlarının özbaşınalığını əks etdirən məlumat moderator.az-a daxil olub. “VAZ 21905″ markalı şəxsi maşınla “Zazalı” postunda qeyri-qanunu yolla yük maşınlarını saxlayıb yoxlayırlar. Sözügedən avtomobilin sahibi Camallı Nicat İntiqam oğlu olmasına baxmayaraq, maşın etibarnamə ilə Abbasov İlqar Həşim oğluna məxsusdur. Avtomobilin sahibləri isə departamentdə işləmir. Amma həmin maşının üzərinə Azərbaycanın dövlət gerbini və Nəqliyyat Nazirliyinin adını yazıb “Zazalı” postunda yük avtomobilləri üçün zəmanəmizin Ərəbzəngisinə çevriliblər.
Hətta bu maşını standartdan çıxarıblar. Belə ki, maşının qabaq hissəsini “Ford” yığdırıblar, arxası isə “VAZ” olaraq qalır. Şəkildə tam görünür. Maşın qabaqdan “Ford”, arxadan “VAZ 21905″-dir. Departamentin maşınları “VAZ 2107″ olduğu üçün onların əlindən qaçan maşını tutmaq olmur. Ancaq 99 FV 348 nömrə nişanlı təzə maşın olduğundan sürətlə gedir.
Maraqlıdır ki, bütün bu pozuntular “Zazalı” postunda xidmət aparan DYP əməkdaşlarının gözləri önündə baş verir, amma bəlli səbəblərdən “susmaq qızıldır” məntiqi qanunları üstələyir.Yenilik.Az