Azərbaycanda uşağı ölü doğulan ana bir saat yaşadı - YENİLƏNİB

10-01-2015, 15:17   
Azərbaycanda uşağı ölü doğulan ana bir saat yaşadı - YENİLƏNİB
Qax rayonunda ana ölümü ilə bağlı cinayət işi açılıb

15:09

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə bildiriblər ki, həmin faktla bağlı Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq) maddəsi ilə cinayət içi başlanıb. İş üzrə zəruri istintaq hərəkətləri yerinə yetirilib, o cümlədən müvafiq ekspertizalar təyin edilib. Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, Qax rayonu Almalı kənd sakini, 1978-ci il təvəllüdlü Qızbəs Həsənqulu qızı Ağayeva bu gün doğuşdan sonra Qax Rayon Mərkəzi Xəstəxanasında ölüb.
Q.Ağayeva yanvarın 9-dan 10-a keçən gecə hamiləlik sancıları ilə xəstəxanaya daxil olub. Bu gün səhər saat 9.00 radələrində ana təbii yolla doğuş keçirib və uşaq ölü doğulub. Doğuşdan bir saat sonra isə ana dünyasını dəyişib.

-----------
12:27

Qax rayonunda ana və körpə ölümü baş verib

Ölən ananın yaxınları APA-ya bildiriblər ki, Qax rayonu Almalı kənd sakini, 1978-ci il təvəllüdlü Qızbəs Həsənqulu qızı Ağayeva bu gün doğuşdan sonra Qax Rayon Mərkəzi Xəstəxanasında ölüb.

Qax Rayon Mərkəzi Xəstəxanasından isə APA-ya bildirilib , üçüncü hamiləliyi olan Q.Ağayeva yanvarın 9-dan 10-a keçən gecə hamiləlik sancıları ilə xəstəxanaya daxil olub: "Həkim müayinəsi zamanı məlum olub ki, o, 7 aylıq hamilədir və körpənin ana bətnində hərəkəti olmayıb. Bu gün səhər saat 9.00 radələrində ana təbii yolla doğuş keçirib və uşaq ölü doğulub. Doğuşdan bir saat sonra isə ana dünyasını dəyişib”.

Xəstəxanadan, həmçinin bildirilib ki, Q.Ağayevanın tromboemboliya xəstəliyi olub, ölümün səbəbi də məhz bu xəstəlikdir.

Faktla bağlı Qax Rayon Prokurorluğunda araşdırma aparılır.

Milli.Az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.