İnternetdə bir video paylaşan “əl-Qaidə” Fransanı təhdid edib.
Musavat.com-un məlumatına görə, təşkilat “Allaha qarşı müharibə etdiyiniz müddətdə güvəndə olmayacaqsınız” mesajını verib. Yayımlanan videoda “əl-Qaidə”nin Yəmən qolunun başçısı Haris-ən Nəzari deyib:
“Ey fransızlar, əvvəlcə siz müsəlmanlara qarşı hücumlarınızı saxlayın. Vallahi, Allaha və müsəlmanlara qarşı müharibə etdiyiniz müddətdə güvəndə olmayacaqsənız və hücumlarımız davam edəcək”.
Bəzi fransızların peyğəmbəri təhqir etdiyini bildirən Nəzari Allahın əsgərlərinin də onlara söz azadlığının sərhədi olduğunu öyrətdiyini deyib.
"Ey mücahidlər, üzümüzü ağartdınız. Keşkə yanınızda ola bilsəydim"-Nəzari deyib.