Alman mətbuatı:
Almaniyanın “Der Spiegel” jurnalı Suriya lideri Bəşər Əsədin nüvə stansiyası tikdiyini idda edib.
Türkiyə mətbuatı xəbər verir ki, qərbli ekspertlərə görə stansiya kod adı “Zəmzəm” olan gizli bir layihənin tərkib hissəsidir.
“Der Spiegel” Əsədin nüvə stansiyasının peyk görüntüləri və gizli sənədlərini də dərc edib.
Jurnalda qeyd olunub: "Müharibə səbəbilə ölkəsindən qaçan insanlara baxmayaraq Bəşər Əsəd nüvə bombası istehsal etmək planlarından əl çəkmir".
Nüvə stansiyasının tikildiyi iddia edilən yer isə Xüms şəhəri yaxınlığındadır. Stansiya yer altında qurulan su resurslarına çıxışı olan bir ərazidə yerləşir. Livan sərhədinə yalnız iki kilometr məsafədə yerləşən obyekt maşınların çox çətin hərəkət etdiyi dağlıq ərazidə yer alır.
Sənədləri tədqiq edən qərbli mütəxəssislər bunun "Zəmzəm" kod adlı nüvə reaktor və uran zənginləşdirmə layihəsinin tərkib hissəsi ola biləcəyini bildiriblər.
Ekspertlərə görə, "Zəmzəm" layihəsinə Şimali Koreya və İrandan mütəxəssislər dəvət olunub.
Musavat.com