Suriyanın Hələb şəhərində Srbui Rita erməni katolik kilsəsi raket atəşinə tutulub.
“Qafqazinfo”nun ans press-ə istinadən məlumatına görə, Hələbdə dərc olunan erməni qəzeti hadisənin yerli vaxtla 15:30-da baş verdiyini bildirib. Silahlı qruplaşmaların atışması nəticəsində raket düşən kilsənin bir hissəsi dağılıb.
Qeyd edək ki, yeni il qabağı Hələbdə ağır günlər yaşanıb. Günlərlə şəhərdə elektrik kəsilib, evlərə su verilməyib.
Suriya Qırmızı Aypara təşkilatının səyləri nəticəsində bir sıra rayonlara suyun verilməsi dayandırılıb. Hava soyuqlaşsa da şəhərdə yanacaq yoxdur.
Dekabrın 30-da şəhərin tarixi hissəsində baş vermiş partlayış böyük təlatüm yaradıb.