İstanbul terrorunun şok təfərrüatı

10-01-2015, 18:39   

Sulatn Əhməd camisində bir polisin həlak olması ilə nəticələnən terror aktının hansı təşkilat tərəfindən reallaşdırıldığı məlum olub.

Axar.az xəbər verir ki, hücumu təşkil edən Diana Ramazovanın İstanbula İŞİD tərəfindən göndərildiyi aydınlaşıb.

Türkiyə əks-kəşfiyyatının araşdırmalarından sonra məlum olub ki, Ramazovanın nişanlısı İŞİD sıralarında döyüşüb və o, 45 gün öncə Kobanidə həlak olub. Bundan sonra Ramazova təşkilat tərəfindən nişanlısının qisasını almaq adı ilə terrora təhrik edilib.

Bundan başqa kəşfiyyat orqanları Ramazovanın üzərində olan mobil telefonu da incələyib. Nəticədə telefon qeydləri, səs yazıları və videoları əldə etmək mümkün olub. Araşdırma zamanı o da məlum olub ki, Ramazova son 6 ay ərzində nişanlısı ilə birgə iki dəfə Suriyaya gedib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.