ABŞ-da “Bikinis Sports Bar and Grill” adlı restoranlar şəbəkəsinin sahibi Doug Guller, restoranın qaydalarına əməl etməyən işçini qovub.
Anspress-in məlumatına görə, işdən çıxarılan qız restoranın qaydalarına əsasən bikini geyinməkdən imtina edib. Bu hadisə mediada işıqlandırıldan sonra Amerika cəmiyyətində etirazlara səbəb olub.
İctimaiyyət tərəfindən gender bərabərliyini pozması ilə tənqid atəşinə tutulan Guller, bu arada işçilərinə daha bir göstəriş verib. O, restoranda bikinidə xidmət göstərməyə məcbur etdiyi ofisiant qızlara sinələrini daha böyütmək üçün öz hesabına plastik əməliyyat etdirəcəyini vəd verib.
Budur, bikini geyinməyin məcburi olduğu restorandan görüntülər…