Əl Qaidənin Yəmən qanadı Fransanı təhdid edib.
Axar.az xəbər verir ki, terror təşkilatı Allaha qarşı savaşanlarla mübarizə aparmağa davam edəcəklərini bildirib.
Əl Qaidənin Yəmən qanadı Paris teraktı ilə bağlı xəbərdarlıq mesajı göndərib:
"Ey fransızlar, əvvəlcə siz müsəlmanlara qarşı hücumlarınızı dayandırın. Allaha və müsəlmanlara qarşı müharibə etdiyiniz müddətcə təhlükəsizlikdə olmayacaqsınız".
Fransanın peyğəmbərləri söydüyünü, dinlərə meydan oxuduğunu və möminlərlə döyüşdüyünü iddia edən Yəmən qanadını idarə edən Haris Nəzari: "Onlar üçün Allahın hökmü ölümdür. Başqa yolu yoxdur", - deyə bildirib.