Ağaoğlu 25 yaşlı sevgilisinin ad günün restoranda müğənnilərlə qeyd edib
Məşhur türkiyəli milyarder Əli Ağaoğlu "Rusiya Gözəllik Kraliçası - 2008" olan köhnə sevgilisi Sofia Larinlə yenidən bir araya gəlib.
Bir müddət əvvəl Bentley avtomobili aldığı sevgilisi üçün Ağaoğlu bu dəfə kisənin ağzını daha geniş açıb.
Məşhur iş adamı yeni ili birlikdə qarşıladığı sevgilisinin doğum günü üçün Taksimdəki Gəzinti Oteldə yer alan Fiamma Restoranını şəxsən onun üçün bağlatdırıb.
İş və sənət dünyasından məşhur adların qatıldığı gecədə bir sıra müğənnilər də iştirak edib.
Əli Ağaoğlu 25 yaşlı sevgilisinə zümrüd boyunbağı, sırğa və üzük hədiyyə edib.
Xatırladaq ki, 59 yaşlı Ə.Ağaoğlu "Ağa oğlu" şirkətlər qrupunun prezidentidir. sevgililəri və gözəl xanımların ətrafında çox olması ilə hər zaman diqqət mərkəzində olub.ANS PRESS