“Türkiyə Ukrayna böhranından yetərincə yararlandı”.
Axar.az xəbər verir ki, bu sözləri rusiyalı politoloq Stanislav Tarasov deyib.
Tarasov qeyd edib ki, Ankara Moskvanın onlara üz tutacağını bilirdi, bu səbəbdən də Ukrayna məsələsinə ciddi mövqe sərgiləmədi. Ankaranın əvvəlcədən Ukrayna böhranının “Cənub axını” təbii qaz layihəsinin reallaşmasına ciddi əngəl olacağını hesabladığını vurğulayan Tarasov bunun Moskvanın da yararına olduğunu bildirib:
“Ankara “Cənub axını” layihəsinin reallaşmayacağını bilirdi, Ukraynaya müdaxilə etmədi və gözlədiyi kimi də oldu: Rusiya yeni layihənin (“Türk axını”) Türkiyədən keçməsini təklif etdi”, - deyə Tarasov vurğulayıb.