İŞİD və Əl-Qaidə birləşir.

11-01-2015, 09:27   
İŞİD və Əl-Qaidə birləşir.
Paris hadisələri qruplaşmaların ilk birgə əməliyyatı kimi göstərilir
Parisdə üç gün davam edən və 17 nəfərin ölümünə səbəbə olan terror hücumundan sonra Fransa paytaxtına 500 əlavə qoşun göndərilir.

Bəzi müşahidəçilər baş verən hadisəni İŞİD və “Əl-Qaidə” terror qruplaşmalarının ilk planlaşdırılmış əməliyyatı kimi qiymətləndirir.

Hazırda Fransa polisi 17 nəfəri öldürən silahlıların cinayət yoldaşlarını axtarır.

Onlardan biri, Amedi Kolebalinin yoldaşı Həyat Bumeddir. Supermarketdə beş nəfəri girov götürən Kolebali cümə günü, polis tərəfindən öldürülmüşdü. Çərşənbə günü qadın polis işçisi öldürüləndə Bumedin Koulibali ilə olduğu deyilir. Onun "silahlı və təhlükəli" olduğu bildirilir.

Fransa Daxili işlər naziri Bernar Kaznev deyib ki, ölkəni qorumaq üçün bütün lazımi addımlar atıldığını deyib.

Qeyd edək ki, qurbanları anmaq üçün ölkənin müxtəlif yerlərində keçirilən səssiz yürüşlərə 700 000-dən çox adam qoşulub.

Şənbə günü keçirilən kabinet toplantısında cənab Kaznev deyib ki, Fransa "gələn bir neçə həftə ərzində" yüksək hazırlıq vəziyyətində olacaq.

O, bazar günü keçiriləcək birlik yürüşündə təhlükəsizlik tədbirlərinin sərt olacağına söz verib.

Gözlənilir ki, bu yürüşdə Fransa prezidenti Ollandla birgə Birləşmiş Krallığın Baş naziri Devid Kameron, Almaniya kansleri Angela Merkel, Türkiyə Baş naziri Əhməd Davutoğlu, İspaniya Baş naziri Mariano Rajoy və Rusiyanın XİN başçısı Sergey Lavrov iştirak edəcək.
ANS PRESS
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.