Ermənilər fəallaşır: Türklərə hücum ola bilər

11-01-2015, 09:40   
Ermənilər fəallaşır: Türklərə hücum ola bilər
“Azərbaycan ona edilən haqsızlıqlarla bağlı bugünə qədər müstəqil mübarizə aparıb və bundan sonra da aparacaq”.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Asim Mollazadə deyib. Onun sözlərinə görə, Türkiyə-Azərbaycan münasibətləri formalaşma baxımından artıq öz sözünü deyib və qondarma soyqırımla bağlı Azərbaycan bu yolda Türkiyə ilə birgə işlər aparır:

“Çünki bir müstəqil dövlət olaraq indiyə qədər bizə qarşı olunan haqsızlıq və yalanlarla birgə mübarizə aparmışıq və aparacağıq da. Hazırda ermənilər qondarma sorqırımla bağlı iftira kompaniyalarını davam etdirirlər. Dünyada mövcud olan zəngin erməni lobbisi hazırda çox fəallaşıb və indi qondarma soyqırımla bağlı uydurma kompaniyalardan həm Azərbaycana, həm də Türkiyəyə qarşı istifadə etmək istəməyə çalışacaqlar. Ancaq onların bu cəhdləri elə cəhd olaraq da qalacaq. Təbii olaraq biz də çalışacağıq ki, türklər bu üzdəniraqlara qarşı öz müqavimətini gücləndirməkdə davam etsinlər”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.