Parisin şərqində girov götürülməsində şübhəli bilinən Həyat Bumedden adlı qadın çox güman ki, Suriya ərazisindədir.
ANS-in məlumatına görə, “Gazeta.ru” xəbər verir ki, bu barədə Türkiyə xüsusi xidmətində çalışan yüksək rütbəli zabit bildirib.
O Bumeddenin yanvarın 2-si tarixində İstanbulda sərhədi keçəməsi məlumatını təsdiqləyib.
“Nə xüsusi xidmət, nə də hökümət onun barədə bizə xəbərdarlıq etməyib. Yalnız yanvarın 8-də terrorçu qadın barədə xəbər gəldikdən sonra biz onun mobil telefonundan gələn siqnalı nəzarətə götürdük. Biz onun hazırda Suriyada olduğunu düşünürük”- deyə mənbə qeyd edib.