Ölkə də təhsil sistemində baş verən dəyişiliklər müəllimləri və valideyinləri sevindirməyə bilməzdi.
Ən azından orta məktəblərdə baş verən neqativ halların qarşısı alınacağı düşünülsədə, bunun əksini gördük. Mövzü nə qədər maraqlıdırsa bir o qədər utanvericidir. Xatırlayırsınızsa orta məktəblərdə bəzi adlar altında yığılan pullar birbaşa Təhsil Şöbəsinin "bütcəsinə" ötürüldüyü bildirildi. Lakin sonradan məlum olmayan səbəblərdən "təqdirəlayiq" iş birliyi dayandırıldı. Buna səbəb Mikayil Cabbarovun nazir postuna təyinatı oldu, desək yanılmarıq. Bir faktı nəzərinizə çatdıraq ki, Təhsil Naziri Mikayil Cabbarovun göstərişindən sonra orta məktəblərdə yığılan "Fond" pulu və "Təmir" pulu müfəqqəti "gündəlikdən" çıxarıldı.
Təəsüflər olsun ki, yuxarıda qeyd etdiyimiz bəzi neqativ hallar bu gündə Sumqayıt şəhər 5 saylı məktəbdə sərbəst həyata keçirilir. Belə ki, nazirin göstərişini saya almayan bəzi müəllimlər "Fond" və " Təmir" pulunu yığmaqda öhtəlik götürüb. 6 sinif şagirdinin (adı şərtdir) verdiyi məlumata görə sinif rəhbəri şagirdlərə tapşırıq vermişdir ki, istənilən halda fond pulu 10 manat, təmir pulu 10 manat ödənilməlidir. Müəllimənin "özünəməxsüs" qanunlarına tabe olmayan şagirdlər digər üsullarla cəzalandırılır.
Məsələ ilə bağlı Sumqayıt şəhər 5 saylı məktəbin direktoru Bəşir Şəfiyevlə telefon əlaqəsi yaratdıq. Məktəb direktorunun münasibətini olduğu kimi ixtiyarınıza veririk:
- Bizim məktəb də dediyiniz fond pulu və təmir pulu yığılmır. Bu mümkün olan iş deyil. Əgər əlinizdə fakt varsa gətirin sübüt edin. Və qeyd edilən adlar altında pul yığan müəllimə cəzalandırılsın.
Nəhayət üz tutduğ Sumqayıt Təhsil Şöbəsinə. Təhsil şöbəsinin müdir əvəzi Vaqif müəllimlə görüşümüz daha maraqlı alındı. Gəlişimizin məqsədi Vaqif müəllimi narahat etməyə bilməzdi. Ən azından yığılan fond pulu və təmir pulu məsələni daha da gərginləşdirmişdi. Çünki təhsil nazirliyinin yarıtmaz fəaliyyəti artıq müəllimləri də pul yığma kampaniyasına vadar edib.
Dosye.org olaraq inanırıq ki, Sumqayıt təhsili ciddi nəzarətə götürüləcək. Və bu sahədə olan boşluqlar aradan qaldırılacaq.