Avropada silsilə terror aktları olacaq

11-01-2015, 11:33   
Avropada silsilə terror aktları olacaq

İŞİD terror qruplaşması Avropada silsilə terror aktları törətmək niyyətindədir.

ANS PRESS-in məlumatına görə, Amerikanın Milli Təhlükəsizlik Agentliyi bir neçə ay əvvəl İŞİD liderlərinin telefon danışıqlarını dinləyərkən bu haqda məlumat əldə edib.

Agentliyin məlumatına görə, bu silsilə terror hadisələrinin əsasını Fransada Paris hadisələri qoyub. Terrorçuların dəqiq planları haqqında heç bir məlumat əldə edə bilməsələr də, terroçuların gizli danışığı zamanı Romanın da adı çəkilib.

Qeyd edək ki, yanvarın 7-dən etibarən Parisdə "Şarl-Ebdo" qəzetinin redaksiyasına, məscidə, market və dükanlara silahlı hücumlar olub. Bundan başqa naməlum şəxslər Fransa polisinə və adi vətəndaşlara odlu silahdan atəş açıblar. Yanvarın 7-dən bu günədək hücumlar nəticəsində cəmi 17 nəfər ölüb.

Xatırladaq ki, yanvar ayının əvvəlində Britaniyanın kəşfiyyat xidətinin rəhbəri Endryu Parker də açıqlama verərək bildirmişdi ki, "Əl-Qaidə" terror qruplaşması qərb ölkələrinə hücumlara hazırlaşır. O, Britaniya da daxil olmaqla nəqliyyat infrastrukturuna və turistik yerlərə hücum ehtimallarının daha böyük olduğunu qeyd etmişdi. Parker açıqlamasında İŞİD-in də Böyük Britaniyaya hücum planının olduğunu bildirmişdi.
Mənbə
ANS PRESS
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.