Kişilər, sizə səslənirəm, bu qadınlar haqda deyə biləcəyiniz ən gözəl sözlər!!! Xanımlar siz də əgər kişinizin sizi necə təsəvvür etdiyini bilmək istəyirsinizsə mütləq oxuyun!!!
O, necə də köməksiz körpə kimi məsum və pak görsənir sakitcə qollarımın arasında büzüşüb yatarkən. O, çox sevir heç bir şişirdilməmiş, kəlməsiz sadece yaxınlaşıb astaca onu öpəndə. O, həmişə beş saata hazırlaşıb çıxır, amma həmşə də bu sözü deyir: "Bax görürsən bugün nə tez hazırlaşıb çıxdım."
O, çox sevir soyuq havada onu qollarımın arasında isti həraretimlə isidəndə və donmuş burnuna yanağımla toxunanda. O, dalaşmağı heç sevmir, amma həmşə də nədənsə narazı və narahat hiss edir özünü. O, hərşeyi mənim ilə məsləhətləşməyi çox sevir, nə geyinim, hətta dırnağıma nə rəng boya vurum...
O, çox xoşlayır onun saçlarına titrək əllərimlə sığal çəkəndə, kürəyini ovxalayıb bağrıma basanda. O, elə özündən razı halda, dartıb məni maqazinlərə aparır, amma bilə-bilə ki, bu mənim heç sevmədiyim bir iş...
O, dəli olur onu qollarımda göyə qaldıranda, amma həmşə bu sözü deyir: "Ey! Neyləyirsən?! Qoy yerə, mən çox ağıram." O, ürəkdən bərk qışqırır, və məndən gözəl sözlər eşitmək istəyir, lakin mən susanda, bu onu çox pis qıcıqlandırır...
O, çox sevinir ona balaca da olsa bir hədiyyə alıb, gözlənilməz anda təəccübləndirəndə. Tanışlığımızın bir həftəsidir, bir ayıdır, artıq bir ilimiz tamam oldu - kimi özündən tarixi günlər uydurub onları qeyd etməyi çox sevir. O, mübahisəmizdən beş dəqiqə sonra dərhal mənim gəlib barışmağımı gözləyir, amma nədənsə heç vaxt bunu etiraf etmir...
O, çox sevir mən otağı yığışdırıb, qabları yuyub, şamlarla bəzədilmiş şam yeməyi hazırlayıb onu masa arxasına dəvət edəndə. O, hər zaman məndən nədəsə kömək gözləyir. O, bərabər duşa girməyi və yataqda kofe içməyi çox sevir...
O, çox xoşlanır qollarımda uzanıb, TV-i izləməkdən, hətta bu qorxulu film olsa belə, sadəcə gözlərini yummaqla kifayyətlənir o.
O, çox sevir duşdan sonra evdə alt paltarında o tərəf bu tərəfə qaça-qaça, saçlarıyla oynuyaraq, darağı mikrafon hesab edib, özünü dünya ulduzu kimi hiss edərək musiqi ifa etməyi, biləndəki evdə heç kəs yoxdu...
O, arada heç dəstəyi belə qaldırmır, yaşadığımız nağıldakı sükutu pozmamaq üçün və sonra deyir ki, oy, bağışlayın, yatmışdıq və ya eşitməmişik. O, sevimli feni yanında olmasa sadece yaşaya bilməz, hərgün saçlarını düzəldib, formada olmağı çox sevir...
O, bilir mən onsuz yaşaya bilmərəm. O – elə sadece odur !!! Təşəkkürlər ona !!!
QIZIL SÖZLƏR. Öz qadınını həmişə qoru və heç vaxt onu buraxma çünki, sənin paxıllığını çəkən çoxdu. Bu məqaləmizi oxudunsa və çox xoşuna gəldisə, öz dostlarını da taq edib onlarla da bu gözəl fikirlərimizi bölüş nə qədər ki, gec deyil, çünki, biz insanlar bəzən həyatda bəzi şeylərin dəyərini itirdikdən sonra anlayırıq...Müəllif: Merlin
Mənbə: http://surftrend.ru/shikarnye-slova-muzhchiny-o-zhenshchine/
Diqqət: Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.