Ukrayna böhranı ilə əlaqədar Avropa Birliyinin Rusiyaya qarşı sanksiyaları yalnız Minsk danışıqlarının bütün hissələrinin tam yerinə yetirilməsindən sonra qaldırıla bilər.
ANS PRESS-in məlumatına görə, bu sözləri Almanaiya kansleri Angela Merkel deyib.
Şərhçilərin isə Avropanın RF-yə qarşı sanksiyaları götürməyə niyə tələsmədiyinə dair ayrı düşüncələri var.
Hərbi-tarixçi, jurnalist və yazıçı Peter Fayts (Peter Feist) alman internet-kanalı “Quer-Denken TV”yə müsahibəsində isə ümumiyyətlə ölkəsinin qütbləri dəyişməsinin vacibliyini qeyd edib. Almaniyanın həyati vacib maraqlarına görə, Fayts xarici siyasət yönünü dəyişdirərək NATO-dan çıxıb Rusiya ilə strateji birliyə birləşməlidir.
Ümumiyyətlə NATO-dan uzaqlşmaq hazırda Alman tv kanallarında şərhçilər tərəfindən daha çox səslənir. Bunun mümkünlüyünü isə heç kim bilmir.