Puşkovdan Qorbaçovun müharibə xəbərdarlığına cavab

11-01-2015, 12:54   

Əgər ABŞ Ukraynanı silahla təchiz etməyə başlasa və bu məsələdə çox uzağa getsə, hər şey baş verə bilər.

Axar.az RİA Novosti-yə istinadən bildirir ki, bu sözləri Dövlət Dumasının Beynəlxalq məsələlər komitəsinin başçısı Aleksey Puşkov SSRİ-nin eks-prezidenti Mixail Qorbaçovun sözlərinə cavab kimi səsləndirib.

Qorbaçovun “Avropada yeni böyük müharibə haqqında hətta düşünmək belə lazım deyil, çünki o, labüd şəkildə atom müharibəsinə çevriləcək” sözlərinin qarşılığında Puşkov bildirib ki, Birləşmiş Ştatlar Kiyevdəki müharibəni dəstəkləyir:

“Ukrayna silahlı qüvvələrinin güclənməsi üçün maliyyə yardımını əsirgəmir. ABŞ daima Ukraynaya siqnal göndərir ki, ondan daha qəti addımlar gözləyir. ABŞ Ukrayna hökumətinin başına müharibə tərəfdarı kimi tanınan Yaçenyuku qoymuşdu. Və əgər ABŞ bu məsələdə uşağa gedərsə, Ukraynaya birbaşa silah göndərilərsə, hər şey baş verə bilər. Ancaq mən bu gün nüvə müharibəsinin mümkünlüyünə inanmıram, biz bu təhlükəni arxada qoyduq”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.