Rəsmilər Parisə axışır

11-01-2015, 16:43   
Rəsmilər Parisə axışır
Onlar terror qurbanlarının xatirəsinə həsr olunmuş yürüşə qatılacaqlar
Bu gün Fransada "Birlik marşı" keçiriləcək.
Yürüş 7-9 yanvarda Fransanın paytaxtı Parisdə baş verən terror hadisələrinin qurbanlarının xatirəsinə həsr edilib.

KİV-lərin məlumatına əsasən marşda Ukrayna prezidenti Pyotr Poroşenko, Fələstin prezidenti Mahmud Abbas, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov, Almaniya kansleri Engela Merkel, Türkiyənin baş naziri Əhməd davudoğlu, İsrailin baş naziri Benyamin Netanyahu, Britaniyanın baş naziri Devid Kemeron, həmçinin Misir, Əlcəzair, İtaliya, İspaniya, Latviya, Norveç, İsveç kimi ölkələrin baş nazirləri iştirak edəcəklər.

ABŞ prezidenti Barak Obama isə Fransaya dəstəyini bildirsə də, "Birlik marşı"nda iştirak etməyəcək.

Bundan başqa, keçiriləcək yürüşdə milyondan çox sıravi vətəndaşın da iştirak edəcəyi gözlənilir.

Xatırladaq ki, 7-9 yanvar tarixlərində Parisdə "Şarl-Hebdo" satirik jurnalının redaksiyasında, məsciddə və bir sıra başqa yerlərdə baş verən silahlı hücumlar nəticəsində 3-ü polis olmaqla 17 nəfərin öldüyü bildirilir.ANS PRESS
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.