Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Peyğəmbərin karikaturasını çap edən redaksiya yandırıldı

11-01-2015, 18:17   
Peyğəmbərin karikaturasını çap edən redaksiya yandırıldı
Hamburqda Charlie Hebdo qəzetində olan karikaturanı çap etmiş ofisi yandırıblar
Almaniyada Məhəmməd peyğəmbərin karikaturasını çap edən redaksiya yandırılıb., Hamburqda ötən gecə "Hamburger Morgenpost" redaksiyasının ofisinə naməlum şəxslər alışdırıcı maddə ilə olan şüşə atıblar. Hadisə barədə qəzetin saytında xəbər verilib.

Gecə saat iki radələrində baş verən yanğın hadisəsində qəzetin arxivinə içində alışdırıcı maddə olan şüşə atılıb. Arxiv aklışmağa başlayıb.

Jurnalistlər bildirirlər ki, bəzi sənədlər yansa da, xəsarət alanlar olmayıb.

Polis, həmin rayonunda olan iki nəfər şübhəli şəxsi yaxalayıb. Onların insidentə aidiyyəti dəqiqləşdirilir.

Bundan öncə "Hamburger Morgenpost" Fransanın "Charlie Hebdo" jurnalında olan Məhəmməd peyğəmbərin karikaturasını çap edib. Yeri gəlmişkən, redaksiya hələlik gecə yanğınını məhz satirik şəkilin dərc olunması ilə əlaqələndirməyə tələsmir.ANS PRESS
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar