Mozambikdə timsah ödüylə qarışdırılmış pivədən zəhərlənmə: 52 nəfər öldü

11-01-2015, 18:20   
Mozambikdə timsah ödüylə qarışdırılmış pivədən zəhərlənmə: 52 nəfər öldü
“City Press”in xəbərində deyilir ki, Mozambikdə pivədən kütləvi zəhərlənmə baş verib. Nəticədə 146 nəfər xəstəxanaya yerləşdirilib. Onlardan 52 nəfəri artıq dünyasını dəyişib.

O da qeyd olunur ki, “Pombe” Mozambikin milli pivəsi hesab olunur. Bu içki darı və buğda unundan hazırlanır.

Yerli rəhbərlər hesab edirlər ki, yas mərasimi zamanı insanlara verilən pivə timsah ödü ilə qatışdırılıb. Nəticədə belə zəhərlənmə hadisəsi baş verib.

Afrikanın yoxsul ölkələrindən olan Mozambikdə bu işi araşdırmaq üçün analiz nümunələri paytaxta göndərilib. Yerli polis isə olayla bağlı istintaqa başlayıb.//musavat.com/
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.