Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Girovları xilas edən müsəlman gənc danışdı (VİDEO)

11-01-2015, 20:04   
Girovları xilas edən müsəlman gənc danışdı (VİDEO)
Parisdə yəhudi supermarketinə olunan hücum zamanı mağazadakı işçiləri xilas edən müsəlman gənc Avropanın diqqət mərkəzinə düşüb
Doğrudan da terrorun vətəni və dini olmur, elə yaxşılığında.

ANS TV-nin məlumatına görə, bir neçə gün bundan əvvəl Parisdə yəhudi supermarketinə olunan hücum zamanı mağazadakı işçiləri xilas edən müsəlman gənc Avropanın diqqət mərkəzinə düşüb.

24 yaşlI Mali əsilli Lassana Batili silahlı şəxslərin hücumu zamanı 15 nəfərə yaxın insanı necə xilas etdiyi barədə suallara cavab verib. O, hücum zamanı həmin şəxsləri mağazanın zirzəmisinə apardığını və orada soyuducu otağında gizlətdyini söyləyib.

Supermarketdə girovların azad edilməsilə bağlı əməliyyat başa çatanədək həmin şəxslər təhlükəsiz şəraitdə gizlənə biliblər.

Xatırladaq ki, həmin hadisə nəticəsində 4 girov həyatını itirmişdi.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar