Axar.az RİA Novosti-yə istinadla bildirir ki, bu fikirləri “Eurasia Group”un yaradıcısı və prezidenti, siyasi elmlər üzrə professor, siyasi risklər üzrə ekspert Yan Bremmer özünün Tvitter səhifəsində yazıb.
“Bəzən Avropada birliyə nail olmaq üçün böhran lazım olur”, - Yan Bremmer Almaniya kansleri Angela Merkel və Fransa Prezidenti Fransua Ollandın Parisdəki terakt qurbanlarının xatirəsinə həsr edilmiş yürüşdən əvvəl görüşərkən çəkilmiş şəkli illüstrasiya edərək yazır.
Qeyd edək ki, Angela Merkel və Fransua Olland Parisdəki terakt qurbanlarının xatirəsinə həsr edilmiş yürüşdən əvvəl qısa görüş keçiriblər. Yürüşdə Fransa rəhbərliyi və onlarla xarici ölkənin dövlət və hökumət başçıları iştirak ediblər.