İraqın Ənbar vilayətində İŞİD terrorçularına qarşı keçirilən əməliyyatda 40-a yaxın terrorçu məhv edilib
Axar.az xəbər verir ki, Ənbar polis idarəsinin rəhbəri Məhəmməd əl-Fehdayi silahlı qəbilə və ordu qüvvələrinin Ramadi şəhərinin əl-Secariyyə bölgəsindəki İŞİD mövqelərinə keçirilən əməliyyatda 20 terrorçunun öldürüldüyünü, 2 təhlükəsizlik qüvvəsi əməkdaşının da yaralandığını deyib.
Koalisiya qüvvələrinin Secariyyə bölgəsindəki İŞİD mövqelərinə endirdikləri hava zərbələri nəticəsində də daha 20 İŞİD silahlısı öldürülüb. Bundan başqa İŞİD-in iki qərargahı da darmadağın eidlib.