Daha bir ölkədə terror həyəcanı

11-01-2015, 21:19   
Daha bir ölkədə terror həyəcanı
Belçika hakimiyyəti ölkədə terror təhlükəsinin səviyyəsini qaldırmayıb
Belçika ərazisində bir neçə terror hücumlarının qarşısı alındı.
Bu barədə Belçikanın ədliyyə naziri Koen Qins açıqlama verib.

Onun sözlərinə görə, hüquq-mühafizə orqanları hücumların qarşısını alsa da bu barədə geniş məlumat verə bilmir.

Belçika daxili işlər naziri Jan Jambon ölkələrin terrorizmlə mübarizə üzrə əməkdaşlıq çərçivəsində xarici yaraqlıların vahid Avropa siyahısının yaradılmasının zəruriliyi barədə bazar günü bəyan edib.

DİN rəhbəri bundan öncə bəyan edib ki, Belçikada son vaxtlar terror aktlarının qarşısı alınmayıb. Bu zaman Jambon terror təhlükəsi riskini qeyd edib. Qonşu Fransada baş vermiş terror aktlarına baxmayaraq, Belçika hakimiyyəti ölkədə terror təhlükəsinin səviyyəsini qaldırmayıb.
ANS PRESS
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.