Azərbaycanda unikal yanacaq (VİDEO)

11-01-2015, 21:43   
Azərbaycanda unikal yanacaq (VİDEO)
Zaqatalada fındıq qabığından yanacaq kimi istifadə edirlər
Zaqatalalılar maraqlı bir icad ediblər. Şimal-qərb bölgəsinin ən məşhur çərəzlərindən olan fındıqdan zaqatalalılar artıq təkcə şəkərbura, paxlavada istifadə etmirlər. Soyuq aylarda yanacağa olan təlabatlarını məhz fındığın qabığı ilə ödəyirlər.

ANS TV-nin məlumatına görə, qış aylarında şimal-qərb bölgəsində qaz olmayan kəndlərdə yanacaq növü kimi daha çox fındıq qabığından istifadə olunur. Sakinlərin dediyinə görə, fındıq qabığı həm sərfəlidir, həm də tələbata cavab verir.

“4-5 il öncə bir neçə ailə istifadə edirdi. İndi çox adam istifadə edir” – deyə kənd sakini İzzət Musayev vurğulayıb.

Zaqatalanın Əliabad kənd sakini İzzət dayının uzun illərdir ki, evinin istiliyini təmin etmək üçün məhz fındıq qabığı köməyinə çatır. Bu yanacaq növünün odundan fərqli olaraq, daha asan əldə olunduğunu deyən İzzət kişi bildirir ki, fındıq qabığının qiyməti yay aylarında daha ucuz olur. Qışda isə qaz olmayan kəndlərdə əhali və bəzi iaşə obyektləri bu yanacaq növünə üstünlük verdiyindən qiymət nisbətən bahalaşır.

“Qiymət mövsümdən asılıdır. Yəni yayda fındıq çıxmamışdan əvvəl köhnə fındığı alanda bir maşını hardasa 70-80 manat olur. Tədricən 110, 120, 180 manata kimi artır. Mən iki bazar əvvəl soruşdum. Bir QAZEL yüklü fındıq qabığı 180 manata idi” – deyə kənd sakini İzzət Musayev bildirib.

Kənd sakini əmin edir ki, fındıq qabığı odundan və təbii qazdan həm sərfəli, həm də ekoloji cəhətdən daha yaxşıdır. Yüngül olması, fiziki güc tələb etməməsi, həmçinin uzunmüddətli yanması da fındıq qabığının bu bölgədə əhəmiyyətini artırıb.

Maraqlıdı ki, fındıq qabığını yandırmaq üçün xüsusi sobalar hazırlanır. Bu sobalarsa qeyri-adiliyilə seçilməklə, ölçülərilə də fərqlənir. Bazarda onların alıcısı isə kifayət qədərdir.

Satıcı Rövşən Müslümov qeyd edir ki, bu sobalar fındıq qabığı ilə yanır: “Bu məsələn, obyektlərdə çox istifadə olunur. Odunla müqayisədə daha sərfəlidir. Alıcısı da var, qiymət də çox sərfəlidir yəni hardasa, 50-60 manat arasında dəyişir”.

Bölgədə yanacaq növü kimi geniş yayılan fındıq qabığından bir çox xarici ölkələrdə mebel istehsalında yararlanırlar. Artıq yanacaq növü kimi məhşurlaşan fındıq qabığının ölkəmizdə də istehsal sahəsinə yönəldilməsi barədə düşünməyə dəyər.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.