Bu şəkil bu gün Fransanın paytaxtı Parisdə çəkilib. Fotonun ön planında olan şəxslərin çoxunu tanıyırsınız: Fransa prezidenti Oland, Almaniyanın baş naziri Merkel, Fələstinin rəhbəri Mahmud Abbas, İordaniya kralı Abdulla, Türkiyənin baş naziri Dabudoğlu, İsveç kralı Lövfen, Ukrayna prezidenti Poroşenko...
Fotokameranın obyektivinə düşməyən liderlər də var, arxa planda olan, üzləri seçilməyənlər də.
Bunların hamısı terrora etiraz etmək üçün Parisə yığışıblar. Tarixdə olmayan bir aksiyadır.
Ön sırada olanların üçü müsəlman dövlətlərin rəhbərləridir. Onlar da terroru lənətləyir, ona etiraz edirlər. Bu, özü də dünyaya mesajdır. O deməkdir ki, Parisdə satirik jurnalın redaksiyasında törədilən terrora görə islam dünyasını qınamaq yolverilməzdir. Çünki terror aktı özlərini din, peyğəmbər təəssübü çəkirmiş kimi göstərən dairələr tərəfindən törədilibsə də, bu terror dövlətlər səviyyəsində etiraz doğurur.
Bu foto dünyaya sülh çağırışıdır, terroru gizli açıq və gizli şəkildə dəstəkləyən qüvvələrə cavabdır.
Ancaq bu şəkildə bir simvolik detal da var. Bütün xristian dövlətlərin başçıları bir-birilə əl-ələ, qol-qola olduğu halda müsəlman dövlətlərin rəhbərləri bunu etməyiblər. Bu, müsəlman dünyasındakı birliyin də durumunu göstərir.musavat.com