Türkiyə və Suriya sərhədində çarşab bağlayan qadınlar xüsusi olaraq yoxlanılıb.
Musavat.com-un məlumatına görə, Fransada bir marketiə girib ordakıları girov götürən Amedi Kulibalinin həyat yoldaşı Həyat Bumeddyenin Türkiyəyə gəldiyi iddia olunurdu.
Bu ehtimalı nəzərə alan Türkiyə Suriya sərhədində nəzarəti gücləndirib. Sərhədi keçən hicablı qadınlar xüsusi incəliklə yoxlanılıb.
Fransız xüsusi xidmət orqanları isə bildiriblər ki, Bumeddiyen qaçaq yolla Suriyaya keçib.