PKK-dan Fransaya başsağlığı - "Bunun cavabını verəcəyik" (Foto)

12-01-2015, 13:30   
PKK-dan Fransaya başsağlığı - "Bunun cavabını verəcəyik" (Foto)
PKK-ının Suriya qolu olan YPG, Fransada "Çarli Hebdo" jurnalına edilən hücumu pisləyərək, həyatını itirənlərin ailələri olmaqla bütün Fransa xalqına başsağlığı verib.

Avropa.info xəbər verir ki, YPG Parisdə "Çarli Hebdo" jurnalına edilən hücumu yazılı bəyanatla qınayıb.

"Başda həyatını itirənlərin ailələri olmaq üzrə, bütün Fransa xalqına dərin hüznlə başsağlığı veririk. Kobani şəhərində IŞİD-lə döyüşən əsgərlərimiz, bunun cavabını verəcək. Fransa xalqının kədərini dərindən hiss edir, kədərlərini bölüşürük . "Çarli Hebdo"nun həyatını itirən redaktorunun vurğuladığı kimi, YPG olaraq yalnız öz vətənimizi müdafiə etmirik. Bəşəriyyətin azadlıq və demokratiya dəyərlərini məhv etməyə çalışan qaranlıq mərkəzlərə qarşı şərəf uğrunda mübarizə aparırıq. Terrorizm yalnız bir məkanda, tək bir xalqı hədəf almır. Xalqların azad gələcəyi, insan həyatı bütün maraqların üstündədir. Bu qaranlıq mərkəzlərə qarşı sözdə deyil, güclü, praktik bir mübarizə aparılmalıdır. Xalqlar arası həmrəyliyə yüksəltmək və terrorizmə qarşı mübarizədə uğur əldə etmək üçün biz kürdlər, Fransa xalqı və hökumətinin yanında olduğumuzu bir daha bildiririk".
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.