ATV-nin məşhur siması, “ATV Xəbər”in aparıcısı Günel Bəhramqızı telekanaldan ayrılıb. Teleaparıcı bildirib ki, 10 ildir çalışdığı ATV-dən ayrılmaq ona asan olmayıb: “İllər boyu ana xəbərin aparıcısı olmuşam. Öz həyat fəaliyyətimi düşünüb qərarlaşdırdım, fəaliyyət istəqamətimi dəyişdim. ATV-də həmişə mənə yüksək münasibət olub. Kanaldan ayrılmağımın əleyhinə olublar. Lakin hər kəsin həyatda arzuları, istəkləri olur. Mən də dəyişiklik etmək istədim, şükürlər olsun ki, hələ ki, işlər arzuladığım istiqamətdə gedir. Ümid edirəm ki, bundan sonra da belə olacaq. Mənə maraqlı təklif gəldi, dəyərləndirməli oldum. Hazırda fəaliyyətimi nazirliklərin birində davam etdirirəm. ATV-nin kollektvi və rəhbərliyi ilə münasibətim yüksək səviyyədədir. Elə işdən ayrılanda da razılıqla, xeyir-dua ilə vidalaşdım. Bütün ATV-çilərə uğurlar arzulayıram”.