Ordu generalı Arkadi Bax hadisə yerinə göndərilib
Rusiya Müdafiə Nazirliyi Gümrü hərbi bazasından hərbçinin qaçması faktını təsdiqləyib.
ANS PRESS-in məlumatına görə, rus hərbçi silah və sursatla Ermənistandakı bazadan fərarilik edib.
Hadisəni araşdırmaq üçün Rusiya müdafiə nazirinin birinci müavini Arkadi Baxinin başçılıq etdiyi xüsusi komissiya hadisə yerinə göndərilib.
Qeyd edək ki, Ermənistanın Gümrü şəhərində biri 2 yaşlı uşaq olmaqla 6 nəfərdən ibarət ailə amansızcasına qətlə yetirilib.
Ermənistan İstintaq Komitəsinin sədri Aqvan Ovsepyanın mətbuat katibi Sona Truzyan bildirib ki, qətldə əsas şübhəli Rusiya bazasının hərbi qulluqçusu Valeri Pavloviç Permyakovdur.
Onun sözlərinə görə, cinayət yerində hərbçi ayaqqabısı, AK 74 avtomat silahı, gilizlər və içində güllə olan daraq tapılıb.