Lənkəran hərbi komissarından orduya və Arzu Rəhimova zərbə

13-01-2015, 12:04   
Lənkəran hərbi komissarından orduya və Arzu Rəhimova zərbə
Hərbi xidmətə çağırışda Ölkə başçısının sərəncamına uyğun olaraq, yanvarın 1-dən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sıralarına həqiqi hərbi xidmətə növbəti çağırış həyata keçirilir. Çağırışın başlandığı müddət ərzində Müdafiə Nazirliyi üçün nəzərdə tutulan xeyli çağırışçı müdafiə naziri general-polkovnik Zakir Həsənovun ciddi tapşırıqlarına əsasən keçirilən təkrar yoxlamalar nəticəsində geri qaytarılıb.
Maraqlıdır, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi general-leytenant Arzu Rəhimov, həmçinin tabeliyində olan bəzi rayon və şəhər idarələri və şöbələri bu hərəkətləri ilə nə demək istəyirlər? Respublikanın hərbi prokuroru, general-leytenant Xanlar Vəliyev də deyəsən SHXÇDX-nin bəzi şəxslərindən çəkinir. Axı ötən ildə də sayı bir neçə yüzü keçən yararsız çağırışçılar Müdafiə Nazirliyi tərəfindən geri qaytarılmışdı. Nədənsə, yerlərdəki bəzi məsuliyyətsiz şəxslər öz vəzifə borclarına məsuliyyətlə yanaşmaq əvəzinə, sağlamlıq imkanları məhdud olan, bu və ya digər səbəblərdən döyüş hərbi hissələrində xidmət keçməyə tam yararlı olmayan çağırışçıları ordu sıralarına göndərməyə çalışırlar. Məsələn, cumhuriyyet.az-a daxil olan məlumata görə hərbi çağırışın ilk həftəsindəcə SHXDÇX-nin Lənkəran şöbəsi tərəfindən hərbi xidmətə çağırılan 4 çağırışçı bir gündə geri qaytarılıb. Özü də, onlar döyüş bölgəsinə əsgəri xidmətə çağırılmış gənc çağırışçılar olublar. Başqa rayon və şəhərlər üzrə də bəzi məlumatlar var. Amma SHXDÇX-nin Lənkəran şöbəsi ilə bağlı göstərilən fakt kifayət qədər ciddidir. Heç şübhəsiz bu olayın bir zərbəsi SHXDÇX rəisi Arzu Rəhimova dəyəcək.
İnanmaq istərdik ki, müvafiq qurumlar SHXÇDX-nın son vaxtlar yol verdiyi xətalar üzrə ciddi araşdırma aparacaq və lazım olan hüquqi prosedurları həyata keçirəcəklər. Belə olmazsa, düşünürük ki, biz yaxın gələcəkdə daha çətin problemlər qarşısında qalmalı olacağıq. Bu isə sırf ölkənin müdafiəsi və təhlükəsizliyi ilə bağlı olduğuna görə, sıradan adi bir məsələ deyi.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.