ABŞ ekspertləri fevralda neftin qiymətinin 40 dollar həddinə düşəcəyini deyir
“Bundan sonra neftin qiyməti heç vaxt 100 dollardan yuxarı qalxmayacaq”. Bu sözləri Səudiyyə kralının vəliəhdlərindən, ən uğurlu ərəb investorlardan sayılan şahzadə əl-Valid ibn Talal əl-Səud “USA Today”ə açıqlamasında deyib.
Səudiyyə krallığının vəliəhdi deyir ki, əgər dünya bazarına çıxarılan neftin həcmi indiki səviyyədə qalsa, tələbat isə azalsa, neftin qiyməti düşməkdə davam edəcək: “Təbii əks-proses getsə - tələbat artsa, həcm azalsa, qiymətlər yüksələcək. Ancaq mən əminəm ki, biz daha heç vaxt bir barelə 100 dollar qiymət qoyulacağını görməyəcəyik. Bir il öncə də bildirmişdik ki, bu, qiymət sünidir və uzun müddət saxlana bilməz”.
Əl-Valid ibn Talal əl-Səud deyib ki, iri neft istehsalçılarının hasilatın azalması, bazara az məhsul çıxarmaqla qiymət artımına nail olmaq haqqında anlaşacağına şübhə edir: “Bu, praktik olaraq mümkün deyil. Biz bütün OPEK ölkələrinə etibar edə bilmərik. Bundan başqa, biz OPEK-ə daxil olmayan ölkələrə də etibar edə bilmərik. 1980-90-cı illərdə Səudiyyə Ərəbistanı öncədən əldə olunan razılaşma üzrə neft hasilatını azaltdı, ancaq digər neft ölkələri faktiki olaraq bizi aldatdılar və bazardakı yerimizi tutdular”. Bu təcrübəni nəzərə alan şahzadə əl-Səud deyib ki, Səudiyyə Ərəbistanı hökumətinin neft hasilatını azaltma təklifindən imtinası çox doğru addımdır. Çünki bu, neftin qiymətinin qalxmasına təsir etməyəcək, əksinə, digər ölkələrin neft bazarında Səudiyyənin yerini tutmasına gətirib çıxaracaqdı.
İbn Talal neft qiymətlərinin enməsinin tək səbəbi kimi ABŞ-ın öz müttəfiqləri, o sıradan Səudiyyə Ərəbistanı ilə birləşərək Rusiyaya iqtisadi basqı göstərməsinin təqdim edilməsini də yanlış sayır: “Boş və mənasız söhbətdir. Səudiyyə Ərəbistanını bunu etməsini heç bir məntiqlə izah etmək olmaz – Səudiyyə də neft qiymətlərinin enməsindən Rusiyadan az əziyyət çəkmir. Sadəcə bizim nəhəng ehtiyatımızın fonunda bu, hələlik o qədər də aydın görünmür. Ancaq mən əminəm ki, itki məsələsində Səudiyyə Ərəbistanı Rusiya ilə eyni düşərgədir. Hər iki ölkə prosesdən eyni dərəcədə etkilənir. Rusiyaya qarşı heç bir sövdələşməmiş olmayıb, dediyim kimi, bu proses bizim özümüzün əleyhimizədir.
Vəliəhdin sözlərinə görə, neft qiymətlərinin enməsi təklifin azalması, eyni zamanda ABŞ-da neft hasilatının artması, ÇİN, Yaponiya, Hindistan, Almaniya və digər ölkələrin iqtisadiyyatlarının zəifləməsi ilə tələbin azalması ilə bağlıdır.
2015-ci ilin fevralı üçün Brent markalı neftin alışı üzrə müqavilələr bir barel üçün 48,55 dollardan imzalanır.
Bank of America-nın analitiki Meril Link (Merrill Lynch) yaxın günlərdə bildirib ki, neft fevralın sonuan qədər 40 dollara qədər ucuzlaşacaq. Analitik onu da bildirir ki, bu ya Səudiyyə Əərəbstanın, ya da OPEK-ə daxil olmayan digər ölkələrin neft hasilatını azaltmasına səbəb olacaq.//musavat.com/