“Polşanın Putini Osvençimin azad olunmasının 70 illiyinə dəvət etməməsi böyük səhvdir”.
Axar.az xəbər verir ki, bunu rusiyalı müxalifətçi Boris Nemtsov söyləyib.
O, Kremlin bundan sonra Kim Çen İnlə müttəfiq olduğunu bildirib:
“Nasistlər cəhənnəm düşərgəsində 1 milyon 400 min insan öldürüblər. Onların əksəriyyəti SSRİ-i vətəndaşı idi. Putinə fərqli yanaşmaq olar. Lakin onu Poroşenkoyla birlikdə dəvət etmək lazım idi. Putinin bu yubileydə olmaması ölüm düşərgəsində dünyasının dəyişənlərin xatirəsinə qarşı hörmətsizlik kimi qəbul olunacaq. Kreml Qələbənin 70 illiyinə Kim Çen İni dəvət etməklə hazırda kimin onların müttəfiqi olduğunu vurğuladı”.