Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Qerbert Zalberin Azərbaycana səfəri başlayıb.
Aİ-nin Azərbaycandakı nümayəndəliyindən Report-a bildirilib ki, yanvarın 14-15-də Bakıya səfər çərçivəsində xüsusi nümayəndə ölkə rəsmiləri ilə bir sıra görüşlər keçirəcək.
Həmin görüşlərdə Azərbaycan və Aİ münasibətlərinin inkişafı, eləcə də Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivləri müzakirə olunacaq.