Ankara Bakı ilə birgə nurçulara son zərbəni hazırlayır

14-01-2015, 15:55   
Ankara Bakı ilə birgə nurçulara son zərbəni hazırlayır
Bu ilin yayına kimi Türkiyədə və Azərbaycanda Fətullah Gülənin rəhbərlik etdiyi "paralel dövlət"ə son, həlledici zərbə vurulacaq.

Bu haqda məlumatı Avropa.info Türkiyə hakimiyyətinə yaxın özəl mənbələrinə istinadla yayıb.

Xəbərdə bildirilir ki, Türkiyədə bu ilin yayına kimi Gülən camaatına qarşı bir neçə əməliyyat keçiriləcək. Yayda isə son həlledici əməliyyatla "paralel dövlət" tamamilə məhv ediləcək.

Mənbənin dediyinə görə, bu haqda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Baş nazir Əhməd Davudoğlu, MİT (Milli İstiqbarat Təşkilatı) rəhbəri Hakan Fidanın iştirak etdiyi gizli toplantıda qərar verilib.

Qərara görə, Türkiyə ilə paralel olaraq Azərbaycan, Orta Asiya, Afrika ölkələri və Rusiyada da Gülən camaatının tamamilə məhv edilməsi yönündə işlər aparılacaq.

Mənbənin dediyinə görə, Türkiyə Prezidenti Ərdoğanın bu xüsusda Azərbaycan Prezident İlham Əliyevdən xahiş edəcəyi də gözlənilir.

"İlham Əliyevin yaxın günlərdə Ankaraya səfəri gözlənilir. Bu səfər zamanı Ərdoğan Əliyevdən Gülən camaatına son, sarsıdıcı zərbəni vurmaqda yardımçı olmasını xahiş edəcək. Doğrudur, rəsmi Bakı bir sıra gülənçi məmurları işdən azad etməklə Türkiyə hökumətinə ciddi mənada dəstək olub. Amma Azərbaycanda olan "paralelçilər" indi daha çox biznes strukturlarında mövqe tutaraq, gizlənib zamanlarını gözləyirlər. Bura hələ də dövlət idarələrində mövqe tutan ikinci, üçüncü dərəcəli məmurları da əlavə etsək, mənzərə aydındır".
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.