Bu gün Almaniya kansleri Angela Merkel ilə NATO-nun Baş katibi Yens Stoltenberq arasında görüş keçirilib.
Axar.az xəbər verir ki, NATO-nun Baş katibi Almaniya kanslerindən ölkənin müdafiə xərclərinin artırılmasını tələb edib.
Qeyd edək ki, ötən ilin sentyabrında NATO-ya üzv 28 ölkənin lideri dövlət büdcəsində müdafiə xərclərinin 2 faiz artırılmasını qarşılarına hədəf qoyub. NATO hərbi xərclərini 1,3 faiz artıran Almaniyadan bu rəqəmin 2-yə çatdırılmasını istəyir.