Fransa teraktın ardınca İraqa girir

14-01-2015, 23:41   



Paris terrorundan sonra ərəb ölkəsinə hücum olacağı haqda mülahizələr təsdiqlənir.

Axar.az “Şarl de Qoll” təyyarədaşıyan gəmilərinin İraqa göndərilə biləcəyini xəbər verir.

Fransa Prezidenti Fransua Olland deyib ki, təyyarədaşıyan gəmilər İŞİD terrorçu qruplaşmasına qarşı hərbi əməliyyata cəlb ediləcək. Prezidentin sözlərinə görə, hərbi gəmilər beynəlxalq koalisiya ilə sıx əməkdaşlıq edəcək.

Xatırladaq ki, Fransanın ilk təyyarədaşıyan gəmisi hələ teraktdan öncə İraqa yola düşmüşdü. 12 jurnalistin qətli və teraktın radikal islamçı qrupların sifarişi olduğu barədə ictimai rəy isə bu əməliyyatların genişləndirilməsinə imkan yaratdı.

Qeyd edək ki, bir müddət əvvəl Fransa parlamenti ordunun İraqda İŞİD terrorçu qruplaşmasına qarşı hərbi əməliyyatlarda iştirakı ilə bağlı qərar qəbul edib.

Baş nazir Manuel Vals bununla bağlı parlamentə müraciət etmişdi. Hökumət başçısı bildirmişdi ki, Fransanın missiyası bitməyib və terrorçulara qarşı müharibə aparılacaq.

Müşahidəçilər isə hələ bir neçə gün öncə Fransanın keçmiş koloniyalarında - Şimali Afrikada da fəallaşacağını proqnozlaşdırmışdılar.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.