Irəvan ultimatum verdi

15-01-2015, 10:09   
Irəvan ultimatum verdi
Gümrü sakinləri dəfndən sonra Şirak prokurorluğuna toplaşacaq

Region Gümrü sakinləri Ermənistanın baş prokuroruna bu gün saat 17:00-dək vaxt veriblər.

ANS PRESS-in məlumatına görə, onlar Rusiyanın Gümrüdəki 102-ci bazasının hərbi qulluqçusu Valeri Permyakovu Ermənistanın hüquq-mühafizə orqanlarına təhvil verilməsini tələb edirlər.

Bu gün saat 17:00-da Avetisyan ailəsinin 6 üzvünün dəfnindən sonra şəhər əhalisi Şirak prokurorluğunda toplaşacaqlar.

Ekspertlər vəziyyətin hansı istiqamətdə dəyişəcəyini deməkdə çətinlik çəkirlər. Çünki əhali qatilin Ermənistanda məhkəmə qarşısına çıxarılmasını tələb edirlər. Ermənistanın İstintaq Komitəsi Rusiyaya məxsus 102-ci hərbi bazasının hərbçisi Valeri Permyakovu Gümrüdə baş vermiş hadisə ilə bağlı müttəhim qismində mühakimə edilməsi barədə qərar qəbul edib. Amma Rusiya tərəfi V.Permyakovun öz ölkəsində cəza çəkməsi fikrindədir. Belə olan halda hadisələrin daha da mürəkkəbləşməsini söyləmək mümkündür.

Gərginliyin göstəricisi kimi, ötən gün Gümrüdə 4 min nümayişçi 102 saylı hərbi baza ətrafında toplaşıb. Onlar bir erməni ailəsini qətlə yetirən hərbçi Valeri Permyakovu Ermənistana təhvil verilməsini tələb ediblər.

Xatırladaq ki, yanvarın 12-də Gümrüdə Avetisyan ailəsinin altı üzvü Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının hərbçisi Valeri Permyakovun tərəfindən güllələnərək öldürülüb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.