Region Gümrü qətliamı ilə Kreml Ermənistanı cəzalandırıb. ANS PRESS-in məlumatına görə, bu fikri ilə sürən erməni politoloq İqor Muradyan iddia edir ki, Avrasiya İttifaqına girməsinə baxmayaraq, Kreml Ermənistanın Rusiyanın təsir zonasından çıxmaq istədiyini anlayır.
“Buna görə də qabaqlayıcı cəza tədbiri ilə erməniləri cəzalandırmaq, ata biləcəkləri addımlar barədə xəbərdarlıq etmək qərarına gəliblər”,- deyə Muradyan vurğulayıb.
Politoloqun fikrincə, ruslar Ermənistandakı indiki siyasi vəziyyətlə razı deyillər və hüquqi cəhətdən ölkəni Rusiyanın müstəmləkəsinə çevirmək niyyətindədirlər. “İri hərbi münaqişə baş verərsə, rus qoşunlarının özünü necə aparcağına heç kim Ermənistanda cüzi bir təsəvvürə belə malik deyil”,- deyə erməni politoloq vurğulayır.
Rusiyaya məxsus 102-ci hərbi bazasının hərbçisi Valeri Permyakov yanvarın 12-də Gümrü şəhərində Avetisyan ailəsinin 6 üzvünü qətlə yetirib. Yalnız 6 yaşlı Seryoja sağ qalıb. Valeri Permyakovu Ermənistan - Rusiya sərhədində yerləşən Bayandur kəndində Rusiya sərhədçiləri tutub.
Hadisə Ermənistanda Rusiya hərbi bazasına qarşı ciddi etirazlara səbəb olub. Yüzlərlə insan İrəvandan Gümrüyə axın edərək hərbi bazanın və Rusiya konsulluğunun qarşısında etiraz mitinqi keçirir. Hazırda davam edən aksiyada etirazçılarla polis arasında qarşıdurma yaşanır. Aksiyada Rusiya bayrağı ayaqlar altına atılaraq tapdanıb.