Qəbələ və Şamaxıya dolu yağıb

5-05-2014, 17:28   
Qəbələ və Şamaxıya dolu yağıb
Dolu rayonlara ciddi ziyan vurub.

Ötən gün Ağdaş, Göyçay, Qəbələ, İsmayıllı və Şamaxı rayonlarına güclü dolu düşüb. Saat 22 radələrində başlayan, küləklə müşayət olunan və təxminən 20-30 dəqiqə davam edən dolu rayonlara ciddi ziyan vurub. Dolunun böyüyü təxminən yumurta boyda olub. Dolu nəticəsində evlərin dam örtüklərinə və şəxsi avtomobillərə ziyan dəyib. Rayonların elektrik enerjisi ilə təchizatında, rabitə sahəsində, əhalinin içməli su ilə təminatında problemlər yaranıb. Dolu xüsusilə də kənd təsərrüfatı məhsullarına, taxıla, meyvə ağaclarına, istixanalara böyük ziyan vurub. Çaylarda suyun səviyyəsi artdığından dağ kəndlərində həyətyanı sahələri su basıb. Dolunun vurduğu ziyanın həcmi isə hələlik məlum deyil. Lakin fermerlərin qənaətinə görə, dolu düşən Ağdaş, Göyçay, Qəbələ, İsmayıllı, Şamaxı rayonlarında bu il məhsuldarlıq az olacaq. Yerli sakinlər belə dolunun uzun illərdir müşahidə olunmadığını bildirirlər.

Mayın 4-ü axşam saatlarında Azərbaycanın bəzi rayonlarına güclü dolu düşüb.

Gecə saat 20:00 radələrində Qəbələ rayonuna yağan yağış və dolu kənd təsərrüfatına ciddi ziyan vurub. Güclü leysan daha sonra doluya çevrilib. Təxminən qırx dəqiqə ərzində davam edən dolunun çəkisi 30-40 qram olub. Dolu evlərə ziyan vurmasa da əkin sahələrinə və bağlarda meyvə ağaclarına ciddi ziyan vurub.

Şamaxıya da güclü dolu düşüb.Bir anda başlayan göy gürültusu və ildırım ardınca güclü dolu yağıntısı müşahidə olunub. Ani başlayan dolu bir anda güclənib. Dolu dənələri 1.5 sm böyüklüyündə olub. 6 dəqiqə davam edən dolu Şamaxıda həyatı iflic edib. Əhali arasında qorxu və həyacan yaşanıb. Evlərin dam örtüyü ziyan dəyməyib. Kənd təsərrüffatına da ağır zərbə vuran dolu meyvəçiliyin məhvinə səbəb olub. Dolu güclü leysanla əvəz olunub.

Rayonlarda elektrik enerjisinin verilişində problemlər yaranıb. Bəzi kəndlərə enerji verilişi dayandırılıb. Təsərrüfatlara dəyən ziyanın miqdarı hələlik dəqiq bilinmir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.